IQNA

İngiltərədə islamofob cinayətlərin sayı artıb

7:19 - December 12, 2023
Xəbər sayı: 3495116
IQNA – Verilmiş statistik məlumatlara görə, İngiltərənin Qərbi Midlend bölgəsində islamofobiya və nifrət cinayətlər kəskin şəkildə artıb.

"İQNA", "Witan Solicitors" internet saytına istinadən xəbər verir ki, İsrail 2023-cü ilin oktyabrında Qəzzanı işğal etdikdə Qərbi Midlenddə müsəlmanlara qarşı nifrət cinayətlərinin sayı 68% artıb.

Bununla əlaqədar, Birmingem, Koventri və Vulverhempton kimi şəhərlərin daxil olduğu West Midlands Polisi ötən ilin oktyabr ayında İslama qarşı 37 cinayətin törədildiyini açıqlayıb ki, bu da keçən ilin eyni dövründə qeydə alınan 22 cinayətlə müqayisədə artım deməkdir. Eyni kontekstdə Birmingem hüquq firmasının direktoru Kara Somji dedi: "Ümid edirik ki, polis risk altında olan icma üzvlərini qorumaq üçün təsirli tədbirlər görəcək. Dini və siyasi əqidəsindən asılı olmayaraq hər kəsin şəhərimizdə özünü təhlükəsiz hiss etməsi vacibdir”.

Britaniyanın digər bölgələri də İsrailin Qəzzaya təcavüzündən təsirləndi. Təkcə Qərbi Midlend bölgəsində İslama qarşı nifrət cinayətləri artmadı, hətta Yorkşirə də çoxaldı. Qərbi Yorkşir polisinin açıqladığı rəqəmlər müsəlmanlara qarşı nifrət cinayətlərinin 35% artdığını, 2022-ci ilin oktyabrında baş verən 28 hadisədən 2023-cü ilin oktyabrında 38-ə yüksəldiyini göstərir.

Londonda Metropoliten Polisi İslama qarşı nifrət cinayətlərinin 140 faiz artdığını, 2022-ci ildəki 42 hadisədən 2023-cü ildə 103 hadisəyə yüksəldiyini bildirdi.

4187349

 

captcha