IQNA

Fələstinli jurnalist: “İsrail Qəzzada yayımımı dayandırmaq üçün evimi bombaladı”

10:36 - December 14, 2023
Xəbər sayı: 3495127
İQNA – Əl-Cəzirə kanalında çalışan fələstinli jurnalist Enes Əl-Şərif bildirib ki, İsrail ordusu oktyabrın 7-dən bəri davam edən hücumlarla bağlı yayıma mane olmaq üçün onun evini bombalayıb və atasını şəhid edib.

Sionist rejimin döyüş təyyarələri jurnalist Şərifin Qəzza zolağının şimalında yerləşən Cibaliya Qaçqınlar Düşərgəsindəki ailəsinin evini bombalayıb və onun atası Camal Əş-Şərifi (65) qətlə yetirib.

AA-ya danışan Şərif, "Evimizin bombalanması israilli zabitlərdən İsrail müharibəsindəki hadisələri işıqlandırmaq və Qəzza zolağının şimalındakı Cibaliya Qaçqınlar Düşərgəsindən yayımı dayandırmaq barədə təhdidləri aldıqdan həftələr sonra baş verdi" dedi.

"Evdə bomba partladı"

Şərif, İsrailin ümumilikdə 60 nəfərdən ibarət olan bütün ailəsini öldürmək istədiyini, evin hədəfə alınmadan əvvəl ətrafın bombalanmasından sonra ailəsinin sığınacaq mərkəzinə sığındığını, atasının isə tək qaldığını bildirib.

Jurnalist Şərif bildirib ki, sionist rejim təyyarələri tərəfindən atılan bomba partlamadan onun ailəsinin evinin yerləşdiyi binanın üçüncü və ikinci mərtəbələrinə daxil olub, lakin ailənin yaşadığı birinci mərtəbədə partlayıb.

“Atası əsr namazını qılarkən öldürüldü”

İsrailin Qəzza zolağına hücumlarının başladığı 7 oktyabrdan bəri ailəsini və atasını görmədiyini qeyd edən Şərif, "Bomba atam əsr namazını qılarkən baş verib və atam şəhid olub" deyib.

Şərif atası ilə vidalaşma anını “ağrılı və çətin” adlandırıb və ona bu son baxışın müharibədən sonra onunla ilk və son görüşü olduğunu bildirib.

“Atamı qəbiristanlıqda dəfn edə bilmədim”

Jurnalist Şərif sionist rejimin şiddətli bombardmanı və davamlı atəşə məruz qalması səbəbindən atasını qəbiristanlıqda dəfn edə bilmədiyini və bu vəziyyətin onların hərəkət etməsinə mane olduğunu açıqlayıb.

Şərif vəziyyəti belə izah etdi:

"İsrailin bombardmanlarına görə atamı qəbiristanlıqda dəfn edə bilmədim. Atamın cənazəsini Cibaliya Qaçqınlar Düşərgəsindəki Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) bağlı bir məktəbin bağçasında basdırdım".

Jurnalist Şərif vurğulayıb ki, o, "atasının ölümünün şok və ağrılı xəbərini İsrailin hücumlarını və cinayətlərini dünyaya izah edən televiziyada reportaj təqdim edərkən almışdır".

Enes Əş-Şərif, köçkünlərə qarşı törədilən cinayətləri və İsrail ordusunun Cibaliyaya doğru irəliləmək üçün dinc əhalidən canlı qalxan kimi istifadə etməsini bölgədəki mülki şəxslərin ifadələri ilə sənədləşdirdiyini bildirib.

Sionist rejim ordusunun atasını hədəfə almasının “müharibə xəbərlərini dayandırmayacağını” vurğulayan Şərif, “Xəbərləri çatdırmağa davam edəcəyəm” – deyə bildirib. Hələ də hadisələri xəbər verdiyim düşərgədəyəm. Çünki bu, bir millətin məsələsidir və biz bunu bütün dünyaya çatdırmalıyıq”.

Şərif, elektrik və internet kəsilməsi və yurdundan ayrılma kimi hücumların tətbiq etdiyi şərtlərə görə Qəzza zolağının şimal hissəsindən İsrailin hücumlarını işıqlandıran azsaylı jurnalistlərdən biri kimi xidmət edir.

captcha