IQNA

Cihadi Danişqahi Təşkilatı (ACECR) İran üçün şərəf mənbəyidir

20:45 - December 15, 2023
Xəbər sayı: 3495131
İQNA - Cihadi Danişqahi İnstitutunun (ACECR) prezidenti deyib: “İran cəmiyyəti Kazimi Aştiani kimi cəmiyyətə nümunə ola biləcək insanları gənc nəslə tanıtmalıdır”.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İranın Cihadi Danişahi Qurumunun prezidenti Həsən Müslümi Naini bildirib ki, dekabrın 13-ü səhər saatlarında Qum şəhərində keçirilən Cihadi Danişqahi Qurumunun sədrlərinin iclası keçirilib. Sözügedən iclasın bu qurumun siyasi proqramlarını nəzərdən keçirmək və təcrübə mübadiləsi aparmaq məqsədi daşıdığını bildirib.

Müslimi Naini, İsrailin günahsız uşaq və qadınları vəhşi hücumlarla qətlə yetirdiyini ifadə edərək, Qəzza xalqına müxtəlif yollarla kömək etməyi öz vəzifəsi olduğunu bildirib.

O, Cihadi Danişgahı şəhidləri adlandırılan 22 şəhidin şəhadətinin ildönümündə müxtəlif mədəni proqramların keçiriləcəyini bildirib.

Müslüm Naini könüllü xalq qüvvələrindən olan şəhid Kazimi Aştianinin xatirəsinə yaradılmış Röyan Araşdırma İnstitutunun nailiyyətlərinin İranı dünyada qürurlandırdığını bildirib. Həmçinin bu qurumun tibb, texnika və mühəndislik, kənd təsərrüfatı və insan elmləri sahəsində də dəyərli fəaliyyətlərinin olduğunu bildirib.

Cihadi Danişgahı Təşkilatının sədri Həsən Müslimi Naini qeyd edib ki, 4-5 yanvar tarixləri arasında Behişti Zəhra qəbiristanlığında anma proqramı keçiriləcək.

Dekabrın 13-də Qum Universitetində başlayan Cihadi Danişqahi Qurumunun Prezidentlərinin Yığıncağı cümə günü öz işini yekunlaşdırıb. Eyni halda Beynəlxalq Məhdəviyyət posterinin təqdimatı və bu qurumun ən yaxşı tədqiqatçılarının seçilməsi mərasimi keçirilib.

4187659

captcha