IQNA

Kanada İslam İnstitutunun nifrət dolu çıxışlarla mübarizə təşəbbüsü

10:53 - December 19, 2023
Xəbər sayı: 3495145
İQNA – Kanadadakı bir İslam institutu nifrət dolu çıxışlarla mübarizə aparmaq üçün “Dostunu məscidə gətir” adlı proqram həyata keçirib.

"İQNA", "Canadian News24" saytına istinadən xəbər verir ki, bu layihə şənbə və bazar günləri bu ölkədəki məscidləri ziyarət etmək məqsədi ilə Kanada Müsəlman Gənclər İnstitutu tərəfindən həyata keçirilir.

Bu institut ölkədə islamafobiya hallarının artmasından sonra bu təşəbbüsü irəli sürərək ölkədəki digər icmalarla ünsiyyət qurmağa ümid edir.

İnstitut prezidenti “Dostunu məscidə gətir” proqramının 20-dən çox məsciddə iştirakçıların qəbulunun gözlənildiyini bildirib. Həmçinin qeyd edib ki, bu tədbir İslam dini ilə bağlı sərgilərdə iştirak, məscid imamları ilə söhbətlər təşkil edir.

O, həmçinin iştirakçılar arasında dialoqun təşviq edilməsi və Kanadalı qeyri-müsəlmanların İslam haqqında məlumatlandırılmasının tədbirin məqsədlərindən olduğunu bildirib.

Kanada Müsəlman Gənclər İnstitutunun prezidenti izah edib ki, bu aksiya Qəzzada müharibədən sonra güclənən islamofobiyanı azaltmaq üçün qarşılıqlı anlaşmanın yaxşılaşdırılması üçün imkanlar yarada bilər.

4188469

 

captcha