IQNA

İordaniyanın İsrailə kənd təsərrüfatı məhsullarının ixracını boykot etmək kampaniyası

16:59 - December 19, 2023
Xəbər sayı: 3495148
İQNA – İordaniyadakı qeyri-hökumət təşkilatı bu ölkədən işğal olunmuş bölgələrə kənd təsərrüfatı məhsullarının ixracını qadağan etməyə çağırıb.

"İQNA", "Ərəbi 21" saytına istinadən xəbər verir ki, İordaniya Müqavimətə Dəstək və Vətən Müdafiəsi Assosiasiyası İsrailə ixraca qarşı ölkənin Kənd Təsərrüfatı Nazirliyi qarşısında etiraz aksiyası keçirməyə çağırıb.

Açıqlamada İsrailə kənd təsərrüfatı məhsullarına embarqo qoyulması lazım olduğu bildirilib və Qəzza zolağının mühasirədə və aclıq içində olduğu bir vaxtda İordaniyadan İsrailə meyvə və tərəvəz ixracının təəssüf doğurduğu qeyd edilib.

İordaniyanın rəsmi xəbər agentliyi Petra Nəqliyyat, Sənaye və Ticarət nazirliklərindəki mənbələrə istinadən Dubay və Səudiyyə Ərəbistanı arasında İordaniyadan keçən və işğalçı rejimə malların daşınması üçün istifadə edilən hər hansı quru yolunun mövcudluğunu təkzib edib.

Bu mənbə xəbər agentliyinə verdiyi açıqlamada İordaniya hökumətinin fələstinlilərə hər cür dəstək verməkdə aydın və dəqiq olduğunu bildirib.

İordaniyanın rəsmi mənbələri bu cür iddiaları təkzib edərək bildiriblər ki, bu xəbər İordaniyanın Qəzza müharibəsində İsrailin fələstinlilərə qarşı amansız təcavüzü ilə bağlı qəti mövqeyini təhrif etmək məqsədi daşıyır.

İsrail media mənbələri bundan əvvəl İsrailə ərzaq məhsulları idxal etmək və ixrac etmək üçün Səudiyyə Ərəbistanı və İordaniya üzərindən Qırmızı dənizi keçən gəmilərə alternativ olaraq Dubay limanlarından quru körpünün işlədildiyini bildirmişdi.

Yediot Aharonot qəzeti Türkiyənin tərəvəz embarqosunu kompensasiya etmək üçün bir həftə ərzində İordaniyadan 500 ton pomidor gətirildiyini iddia edib.

4188523

captcha