IQNA

Əlcəzairli futbolçu məhkəmədən sonra susqunluğunu pozub

17:46 - December 23, 2023
Xəbər sayı: 3495161
İQNA – Sosial şəbəkələrdə Qəzzaya dəstək paylaşımına görə mühakimə olunan əlcəzairli futbolçu Yusif Ətal Afrika Millətlər Kubokunda iştirak etmək üçün ölkəsinə qayıdıb.

"İQNA", "Əl-Yəvm" saytına istinadən xəbər verir ki, o, bir müddət əvvəl Fransada Qəzzaya dəstək olaraq dərc etdiyi yazıda işğalçı rejimə qarşı nifrət oyatmaq ittihamı ilə Nitsa Cinayət Məhkəməsi tərəfindən həbs və pul cəzasına məhkum edilib.

"Narahat deyiləm" deyən Ətal, Fil Dişi Sahilində keçiriləcək 2023 Afrika Millətlər Kuboku hazırlıqları üçün Əlcəzair millisinin düşərgəsinə qatılmaq üçün ölkəsinə qayıdıb.

O, həmçinin əlcəzairlilərdən cəzası ilə bağlı çoxlu həmrəylik mesajları aldığını bildirib və dəstəyə görə hər kəsə təşəkkür edib.

Yusif Ətal deyib: “Mən dəhşətli bir hərəkət etməmişəm, sadəcə olaraq Fələstin xalqına dəstəyimi bildirmək istədim, Allahın izni ilə bu problem həll olunacaq”.

   4189321

captcha