IQNA

7:25 - December 25, 2023
Xəbər sayı: 3495173

Seyid Həsən Nəsrullah Hacı Qasimin şəhadətinin ildönümü ilə bağlı çıxış edəcək

İQNA – Livan xəbər mənbələri, gələn çərşənbə günü, yanvarın 13-də Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın müqavimət komandirləri Şəhid Süleymani və Əbu Mehdinin şəhadətinin ildönümü ilə bağlı çıxışı barədə məlumat yayıb.

Seyid Həsən Nəsrullah Hacı Qasimin şəhadətinin ildönümü ilə bağlı çıxış edəcək

"İQNA", "Əl-Məyadin"-ə istinadən xəbər verir ki, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah gələn çərşənbə günü, yanvarın 3-də çıxış edəcək.

Xəbər mənbələri bildiriblər ki, Seyid Həsən Nəsrullahın çıxışı yanvarın 3-ü çərşənbə günü yerli vaxtla saat 18:00-da müqavimət komandirləri Sərdar Süleymani və şəhid Əbu Mehdi Əl-Mühəndisin şəhadətinin dördüncü ildönümü münasibətilə keçiriləcək.

Nəsrullahın bu çıxışında regionun mühüm məsələləri, xüsusilə Qəzza müharibəsi və Livan ilə sionist rejim arasında sərhəd münaqişələri müzakirə ediləcəyi gözlənilir.

4189673

captcha