TRT News-un məlumatına görə, Qəzza hökumətinin Media Ofisindən verilən açıqlamada İsrail ordusunun Qəzza zolağının mərkəzi hissəsində yerləşən Ən-Nüseyrat Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda daha bir jurnalistin öldüyü bildirilib.
Açıqlamada Əl-Qüds kanalının müxbiri Cebr Əbu Hedrusun hücumda öldüyü, beləliklə, 7 oktyabrdan bu yana Qəzzada həyatını itirən jurnalistlərin sayının 106-ya yüksəldiyi bildirilib.
Media Ofisinin verdiyi əvvəlki açıqlamada İsrailin “Fələstin hekayəsini susdurmaq, faktları gizlətmək, xəbər və məlumatların regional və beynəlxalq ictimaiyyətə çatmasına mane olmaq üçün” Qəzzada jurnalistləri qəsdən öldürdüyü bildirilmişdi.