IQNA

14:56 - January 01, 2024
Xəbər sayı: 3495224

İranlı xristianlar ilin ilk ayinində Qəzza üçün dua ediblər

İQNA - İranın paytaxtı Tehranda xristianlar yeni ili mərasimlə qeyd ediblər.

İranlı xristianlar ilin ilk ayinində Qəzza üçün dua ediblər

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbər verir ki, Müqəddəs Qreqor Losavriç kilsəsinə gələn icma üzvləri şam yandıraraq sülh, əmin-amanlıq və firavanlıq arzulayıblar.

Gecə yarısından sonra keçirilən ilin ilk ibadət mərasimində “Fələstinə və Qəzzəyə qarşı hücumların dayandırılması və bölgənin sülhü üçün” dualar da edildiyi qeyd edilib.

captcha