IQNA

Ankarada 118 illik tarixi olan məscidin bərpası başa çatıb

10:42 - January 04, 2024
Xəbər sayı: 3495241
İQNA - Ankaranın Haymana rayonunda Osmanlı imperiyasının son əsərlərindən olan 118 illik tarixi olan Karahoca məscidində aparılan bərpa işləri başa çatıb.

“TRT Xəbər”in verdiyi məlumata görə, Karahoca Məhəlləsindəki məsciddə ötən il başlanan bərpa işləri çərçivəsində binanın möhkəmləndirilməsi, dam örtüyünün təmiri, ətrafının abadlaşdırılması və məscidin içindəki tikmələrin yenidən işlənməsi kimi işlərə orijinal quruluşa sadiq qalaraq həyata keçirilib.

Məscidin bərpası Vəqflər Baş İdarəsi və Haymana Bələdiyyəsi ilə birgə həyata keçirilib.

Haymana Bələdiyyə Başçısı Özdemir Turqut bələdiyyənin sosial media hesablarından verdiyi açıqlamada Osmanlı dövrünün əsərlərindən olan tarixi Karahoca Məscidinin sökülmək üzrə olduğu zaman əvvəlcə bələdiyyə tərəfindən qeydiyyata alındığını, sonra isə Vəqflər Baş İdarəsi ilə əməkdaşlıqla bərpa edildiyini bildirib.

Turqut məscidin ətrafındakı abadlıq işlərinin aparılması nəticəsində Karahoca məhəlləsinə gözəl bir meydan da düzəldiyini ifadə etdi.

O, bildirilib ki, məscidin açılışının “üç ay” ərzində keçirilməsi planlaşdırılır.

captcha