IQNA

Ər-Riyadda Quran tətbiqi müsabiqəsi

10:53 - January 04, 2024
Xəbər sayı: 3495243
İQNA - Səudiyyə Ərəbistanının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Rəqəmsal İdarəsi və Quran hifzi dərnəyi ilə əməkdaşlıq çərçivəsində Quran tətbiqləri müsabiqəsi başlayıb.

"İQNA", "Əl-Riyad" saytına istinadən xəbər verir ki, 31 dekabr 2023-cü ildə başlayacaq bu tədbirdə ən yaxşı Quran tətbiqini seçmək üçün yarışlar keçiriləcək.

Müraciətlər yanvarın 27-də qiymətləndiriləcək və qaliblər fevralın 11-də keçiriləcək mərasimdə elan ediləcək. Mükafat olaraq 500 min Səudiyyə rialı veriləcək.

Bu tədbirin məqsədi Quran proqramları və platformaları sahəsində innovasiyaları təşviq etmək və süni intellekt, genişləndirilmiş virtual reallıq, internet və digər veb texnologiyaları kimi yeni texnologiyalardan istifadəyə təşviq etməkdir. Bu tədbirdə iştirak edən qruplar texniki seminarlar və təlimlərdən faydalanacaqlar.

Müsabiqənin mükafat məbləği Mutab b. Abdulziz Milli Fondu tərəfindən təmin edilmişdir. Bu fondun səyləri Quran fəaliyyətini gücləndirmək və müasir texnologiyalar sahəsində insan imkanlarına sərmayə qoymaqdır.

Gənclərin elmi keyfiyyətlərini inkişaf etdirmək və bu istedadlardan inkişaf məqsədlərinə uyğun istifadə etmək bu müsabiqənin məqsədlərindəndir.

4191406

captcha