IQNA

Qəzza düşərgələrində Quran təlimi çadırları qurulub

10:47 - January 07, 2024
Xəbər sayı: 3495253
İQNA - Fələstinli bir ailənin övladları ağır müharibə şərtlərinə və adi yaşayış şəraitinin olmamasına baxmayaraq, Rəfah şəhərində qurulan Quran çadırlarında iştirak edirlər.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, Misir sərhədində yerləşən Rəfah şəhərində çoxlu məcburi köçkün fələstinli ailənin uşaqları Quran təlimi çadırlarına gələrək Quran, əxlaq və İslami inanclardan dərs alırlar.

Bu Quran çadırlarının qurulmasında məqsəd uşaqların psixoloji durumunu gücləndirmək və Quran təliminə zəmin hazırlamaqdır.

Çadırlarda Quran təlimi verən müəllimlər könüllü dini elmlər tələbələridir. Çadırlarda uşaqlara ümumiyyətlə İslam dininin tövsiyə etdiyi səbir və gözəl əxlaq öyrədilir.

İsrailin 7 oktyabr hücumundan bu yana 9 min 730-u uşaq olmaqla 22 mindən çox fələstinli həlak olub, on minlərlə insan yaralanıb. Digər tərəfdən, 70 faizi uşaq olan 7 min insan itkin düşüb. Bu müharibədə də yüz minlərlə insan didərgin düşüb.

4192381

captcha