IQNA

Avropa ölkələrində nümayişçilərdən Qəzzaya həmrəylik bəyanatı

7:04 - January 08, 2024
Xəbər sayı: 3495261
İQNA – Fransa, Hollandiya və Britaniya Qəzzə xalqı ilə həmrəylik nümayişi keçirərək, sionist rejimin cinayətlərini pisləyiblər.

"İQNA", Fələstin mediasına istinadən xəbər verir ki,  İngiltərənin paytaxtı Londonda hökumət binası qarşısında minlərlə insan nümayişdə iştirak edib.

Nümayişçilər Qəzza müharibəsinin tez bir zamanda dayandırılmasını və məzlum Fələstin xalqının öldürülməsinin qarşısının alınmasını tələb ediblər.

Bununla əlaqədar olaraq, Əl-Məyadin Fələstində və Qəzza zolağında məzlum xalqla həmrəylik nümayişlərinin atəşkəsin təmin edilməsi və işğalçılara silah ixracının dayandırılması üçün bu ölkə hökumətinə təzyiq göstərmək məqsədilə davam edəcəyini açıqlayıb.

Əl-Qüds Əl-Əhbariyyə saytının xəbərinə görə, Fransanın paytaxtı Parisdə sionist rejimin Qəzzədəki zülmü və insanlığa qarşı cinayətlərini pisləyən böyük nümayiş keçirilib.

4192454

captcha