IQNA

Fransa İslam Şurasından “Qəzzada silah və bombaların səsini kəsin” çağırışı

7:07 - January 08, 2024
Xəbər sayı: 3495262
İQNA - Fransa İslam Şurası (CFCM) İsrailin hücumlarının davam etdiyi Qəzzada silah və bombaların susdurulmasını istəyib.

Fransa İslam Şurası “Qəzzada etnik təmizləmə artıq sadəcə bir risk deyil, reallıqdır” başlığı ilə yazılı açıqlama yayıb.

Bəyanatda “müharibə tərəfdarları sülhə, dialoqa və ədalətli həll axtarışına yer buraxacaq atəşkəsə xidmət etmir” şərhi də yer alıb.

İsrailin hücumlarının davam etdiyi Qəzzada silah və bombaların susdurulması çağırışı edilən açıqlamada, “Fransada İsraili qeyd-şərtsiz dəstəkləyənlər fələstinlilərin etnik təmizləmə və ya soyqırım riski ilə üzləşdiyi qeyd olunanda məntiqsiz reaksiya verir” kimi dəyərləndirilib.

Bəyanatda Qəzzada həyata keçirilən blokadanın “insani olmadığı” bildirilərək Fransanın LCI kanalının bir çox qonağının Qəzzada əsl etnik təmizləmə prosesinin elementlərinin olduğunu xatırladıb, bunu tarix boyu Avropadakı yəhudilərə və ABŞ-dakı hindlilərə qarşı tətbiq edənlərlə müqayisə etdiyi bildirilib.

Bəyanatda sionist rejim rəsmilərinin Qəzzəyə nüvə bombası atmağı təklif etdikləri və qəzzalıları başqa ölkələrə mühacirət etmək istədikləri xatırladılıb və bölgədəki mülki əhalinin şimaldan cənuba fərq qoymadan bombardman edildiyi qeyd edilib.

AA

captcha