IQNA

Kasablankada beynəlxalq Qurani-Kərim təcvid festivalı keçiriləcək

10:41 - January 09, 2024
Xəbər sayı: 3495266
İQNA – 24-27 yanvar tarixlərində 9-cu Beynəlxalq Qurani-Kərimin Təcvidli qiraəti yarışı keçiriləcək.

"İQNA", "Hespress"-ə istinadən xəbər verir ki, Kasablankada keçiriləcək festival hər il “Ünsiyyət və Sosial İnkişafın Qabaqcılları” Dərnəyi tərəfindən təşkil edilir.

Festivalda Mərakeş və digər ölkələrdən 400 təmsilçinin iştirakı gözlənilir.

Bu festivalın fəxri prezidenti Ali Elmi Şuranın baş katibi Məhəmməd Yusifdir. Bu tədbirdə Şeyx Məhəmməd Əl-Turabi də mükafatlandırılacaq.

Bu Quran tədbirində təşkilat komitəsi altısı kiçik qız və oğlan, altısı isə yetkin kişi və qadın olmaqla on iki qalibə mükafatlar verəcək.

Mərakeş Şimali və Qərbi Afrikada Quran fəaliyyətlərinin mərkəzidir. O, milli və beynəlxalq səviyyədə müxtəlif Quran tədbirləri və proqramları təşkil edir. Mərakeş Şimali və Qərbi Afrikada Vərşin Nafidən nəqlinə əsasən, olan rəvayətinin ən çox yayıldığı çap və nəşriyyat mərkəzidir.

4192589

 

captcha