IQNA

Quran surələri 2

Bəqərə surəsi: İslamın hərtərəfli dini prinsipləri və əməli məsələləri

11:10 - January 09, 2024
Xəbər sayı: 3495268
İQNA - “Bəqərə” surəsi 286 ayədən ibarətdir və orada müsəlmanların İslam şəriətinə əsasən gündəlik həyatlarını necə keçirə biləcəklərini izah etməklə yanaşı, ictimai həyatı nizama salan ayələr də vardır.

Qurani-Kərimin ən uzun surəsi olan Bəqərə surəsi Mədinədə nazil olub. Adını “bəqərə” (mal-qara) sözündən götürüb. Bu surədə Bəni-israilin mal-qara hekayəsindən bəhs edilir.

  Surədə İslam hüququnun əsas mövzuları ilə bağlı çoxlu müddəalar var. İslamın dini prinsipləri və onun dini, sosial, siyasi və iqtisadi əhatəliliyi inkar edilə bilməz.

Surədə bəhs edilən müxtəlif mövzuları aşağıdakı kimi saya bilərik:

1-Tövhid və Allahın tanınması ilə bağlı mövzular yaradılış sirrinin tədqiqi ilə əldə edilmişdir.

2-Məad və ölümdən sonrakı mövzular, xüsusilə İbrahim peyğəmbərin hekayəsi, quşların dirilməsi və Üzeyirin hekayəsi kimi duyğusal nümunələr.

3- Quran möcüzəsi və bu ilahi kitabın əhəmiyyəti haqqında mövzular.

4- Yəhudilərin və münafiqlərin İslam və Qurana münasibəti və bu mövzuda müxtəlif hərəkətləri haqqında mövzular.

5-İbrahim peyğəmbər və Musa peyğəmbər kimi böyük peyğəmbərlərin tarixindən bəhs edən mövzular.

6- Namaz, oruc, cihad, həcc, qiblənin dəyişdirilməsi, nikah və boşanma, ticarət hökmləri, həmçinin riba, Allah yolunda xərcləmə, qisas, haram ət, qumar və şərabın haram olması kimi İslam hökmləri haqqında mövzular.

Peyğəmbərimizin (s) səhabələri bu surənin fəziləti ilə bağlı Quranın hansı surəsinin üstün olduğunu soruşmuşlar. Peyğəmbərimiz “Bəqərə surəsi” demişdir. Soruşdular ki, Bəqərə surəsinin hansı ayəsi daha gözəldir? “Ayetul-Kürsi” dedi.

captcha