IQNA

Madaqaskarda Quran məclisi keçirilib

7:37 - January 21, 2024
Xəbər sayı: 3495332
İQNA – Həzrət Abbasın (ə) Türbəsi Afrika Araşdırmaları Mərkəzi Madaqaskarda bu türbənin Əqli və Mədəniyyət İşləri İdarəsi adından Quran məclisi təşkil etdi.

"İQNA", "Əl-Kufeyl" saytına istinadən xəbər verir ki, bu mərkəzin direktoru Səd Səttar Əl-Şimri bu Quran tədbirinin 2024-cü ildə Madaqaskarda ilk proqram olduğunu və Əhli-Beyt aşiqlərinin iştirakı ilə keçirildiyini bildirib.

O, həmçinin bildirib ki, türbənin Quran gecəsi tədbiri Rəcəb ayında Quran fəaliyyətləri proqramının bir hissəsidir.

Proqramların Quran oxumağı və Quran haqqında düşünməyi təşviq etmək üçün həyata keçirildiyini bildirən Əl-Şimri, Afrika Araşdırmaları Mərkəzinin bu fəaliyyətlər vasitəsilə Quran haqqında məlumatı çoxaltmaq və Afrikadakı müxtəlif insan qrupları ilə ünsiyyəti artırmaq məqsədi daşıdığını bildirib.

Son illərdə Həzrət Abbas türbəsi Afrikada Quran fəaliyyətləri sahəsində əhatəli proqramlar həyata keçirib.

Bu fəaliyyətlərin əhəmiyyətli hissəsinə Quran tədbirlərinin təşkili, Nəcəf və Kərbəladakı ilahiyyat məktəblərində afrikalı tələbələrin köməyi ilə Quran mərkəzlərinin yaradılması daxildir.

4194637

captcha