IQNA

Sionist rejim Qəzzada 400-ə yaxın məscidi dağıdıb

19:27 - January 21, 2024
Xəbər sayı: 3495337
İQNA - 106 gündür Qəzzada soyqırım törədən Sionist rejim həyatın hər sahəsini vəhşicəsinə məhv etməyə davam edir. Minlərlə müsəlmanı şəhid edən İsrail Qəzzada 400-ə yaxın məscidi də dağıdıb.

Sionist İsrail oktyabrın 7-dən Qəzzada soyqırımını davam etdirir. Aralarında qadın, uşaq və qoca olmaqla minlərlə müsəlmanı şəhid edən İsrail rejimi Qəzzada bir çox tarixi binanı da bombalayaraq yerlə-yeksan edib.

Qəzzada soyqırım törədən sionist İsrail də Fələstinin mədəni irsini silmək məqsədilə bir çox tarixi məscid və mədəni irsi dağıdıb. 106 gündür hücumlarını davam etdirən İsrail rejimi Qəzzada 400-dən çox məscid və 3 kilsəni dağıdıb.

İsrailin hücumlarında 157 məscid tamamilə dağıdıldığı halda, 246 məscid qismən dağıdılıb. Bundan əlavə, işğalçı qüvvələr tərəfindən 200 arxeoloji və tarixi abidə dağıdılıb.

 

captcha