IQNA

HƏMAS "Əqsa tufanı" ilə bağlı hesabat yayıb

7:51 - January 23, 2024
Xəbər sayı: 3495351
İQNA - İslami Müqavimət Hərəkatı (Həmas) 7 oktyabr 2023-cü il tarixində başlayan "Əqsa tufanı" ilə bağlı hesabat dərc edib.

“TRT Xəbər”in verdiyi məlumata görə, “Əqsa tufanını niyə etdik” başlıqlı 16 səhifəlik xəbərdə oktyabrın 7-də baş verənlər, əməliyyatın niyə həyata keçirildiyi və bunun Fələstin məsələsi ilə əlaqəsi yer alıb.

İsrailin iddialarını təkzib etmək və həqiqətləri üzə çıxarmaq məqsədi ilə hazırlandığı bildirilən hesabatda Əl-Əqsa tufanı “İsrailin Fələstin davasını ləğv etmək, torpaqları geri qaytarmaq və yəhudiləşdirmək və Məscidül-Əqsa və müqəddəs yerlər üzərində tam hökmranlıq qurmaq planlarına qarşı çıxmaq məqsədi daşıyır” deyilir. Bunun zəruri addım və təbii reaksiya olduğu" ifadə edilib.

Hesabatda həmçinin qeyd edilib ki, “Əqsa tufanı”, “Qəzza zolağındakı blokadanın aradan qaldırılması ilə yanaşı, işğaldan qurtulmaq, milli hüquqların bərpası, müstəqillik, öz müqəddəratını təyin etmək və paytaxtı Qüds olan Fələstin dövləti qurmaq yolunda atılan təbii bir addımdır”.

HƏMAS-ın qurulduğu gündən bəri mülki insanları hədəf almaqdan qaçdığı bildirilən hesabatda, “Əqsa əməliyyatı zamanı İsrailin təhlükəsizlik və hərbi sisteminin tam və sürətlə çökməsi, bəzi pozulmalar və Qəzzanı və əməliyyat bölgələrini ayıran məftil çəpərlərdə geniş qırılmalar səbəbiylə xaos yaşanmış ola bilər” ifadəsi işlədildi.

Xəbərdə, "Əqsa tufanı" zamanı HƏMAS-ın İsrail vətəndaşlarını hədəf alması ilə bağlı ittihamlara da toxunulub və "Mülki insanları, xüsusilə də qadın, uşaq və qocaları hədəfə almaqdan çəkinməyin Həmas üzvlərinin əxlaqi və dini tərbiyəsinin tələbi olduğu" vurğulanıb.

Xəbərdə deyilib ki, “Qəssam üzvlərinin oktyabrın 7-də mülki insanları hədəf alması iddiası tam böhtan və yalandır. Bunları iddia edənlər İsrail mənbələridir. Bunu təsdiqləyən müstəqil mənbə yoxdur. Həmin gün çəkilən videolar və israillilərin sonradan yayılan açıqlamaları göstərir ki, Qəssam döyüşçüləri mülki insanları hədəf almadılar, mülki şəxslərin əksəriyyəti İsrail ordusu və polisinin çaşqınlığı nəticəsində İsrail polisi və hərbçiləri tərəfindən öldürülüb”.

Hesabatda ABŞ və Avropa ölkələrinin İsrailin Beynəlxalq Ədalət Məhkəməsində mühakimə olunmasına qarşı çıxmasına da toxunularaq, “xüsusilə ABŞ, Almaniya, Kanada və Britaniya ədalətə həqiqətən inanırlarsa, Fələstində törədilən bütün cinayətlərin araşdırılması üçün məhkəmə prosesini dəstəkləyərlər”.

captcha