"İQNA", "Əl-Kufeyl" kanalının internet saytına istinadən xəbər verir ki, Həzrət Abbas (ə) Türbəsi Elmi Cəmiyyətinə bağlı Nəcəf Quran İnstitutu tərəfindən idarə olunan bu Quran təşəbbüsü 20 km uzunluğundadır və 15 qari və Quran təlimatçısının iştirakı ilə başlanıb.
Quran məntəqələrində Fatihə və qısa surələrin və duaların düzgün oxunması, həmçinin ziyarətçilərin Quranla bağlı suallarının cavablandırılması da yer alır.
Nəcəf Quran İnstitutunun qiraət şöbəsinin müdiri Seyid Əhməd Zamoli bildirib ki, Quran məntəqələrinin digər proqramları arasında Quran və əzadarlıq məclislərinin təşkili, camaat namazı və Quran çıxışları, eləcə də ziyarətçilərin dini və şəriət suallarının cavablandırılması daxildir.
Bağdadın Kazimeyn məntəqəsi İmam Musa Kazımın (ə) şəhadətinin il dönümü olan 6 fevral çərşənbə axşamı günü 10 milyon ziyarətçini qəbul edəcək.
Bununla bağlı İraqın Daxili İşlər Naziri bildirib ki, plan İmam Kazimin (ə) ziyarətçilərinin təhlükəsizliyini təmin etmək və lazımi xidmətləri göstərmək üçün qüvvəyə minib.
4197420