Türkiyə Diyanət İşləri Başçısı Əli Ərbaş verdiyi yazılı açıqlamada İsrailin indiyə qədər Qəzzada həyata keçirdiyi dağıntı və qırğınlardan sonra ölkənin cənubundakı Rəfah şəhərinə hücuma keçdiyini xatırladıb.
Ərbaş açıqlamasında bu ifadələrdən istifadə edib:
“Qatil İsrailin Qəzza zolağında “təhlükəsiz” elan etdiyi və bir çox mülki vətəndaşı köç etməyə məcbur etdiyi Rəfah şəhərinə qarşı həyata keçirdiyi hücum, fələstinli qardaşlarımızı öz torpaqlarından qovmaq üçün başlatdığı işğal əməliyyatının qabaqcıl mərhələsidir. İslam dünyası və bəşər ailəsi olaraq bu qanlı qatil sürüsünün hərəkətlərinə qarşı reaksiyalarımızı artırmalı, mübarizə aparmalıyıq. Hücumu qətiyyətlə pisləyirəm və bir daha bildirmək istəyirəm ki, Fələstin azad olana qədər mübarizəmizi davam etdirəcəyik”.