“İQNA”-nın müxbirinin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının İran İslam Respublikasındakı səfiri Abdullah ibn Səud Əl-Ənzi İran İslam Respublikasının 40-cı Beynəlxalq Qurani-Kərim müsabiqəsinin keçirildiyi Zirvə zalında, 28 Bəhməndə iştirak edib.
Səudiyyə Ərəbistanının səfiri “İQNA”-nın müxbirinin bu yarışı dəyərləndirməsi ilə bağlı sualına cavab olaraq deyib: “Bu yarışma çox böyük və dəyərlidir və Səudiyyə təmsilçisinin bu müsabiqədə olması da bu yarışların əhəmiyyətinin qiymətləndirilməsi ilə uyğundur”.
O, çıxışı çoxları tərəfindən çox yaxşı qiymətləndirilən səudiyyəli iştirakçının çıxışı zamanı iştirak edib və səudiyyəli iştirakçının çıxışını yaxından izləyib. Bundan əlavə, Livan, Fələstin və digər İslam ölkələrindən olan müsabiqə iştirakçıları da səhnəyə çıxaraq əzbərləmə sahəsində münsiflərin suallarını cavablandırıblar.
Bu yarışmanın əzbərləmə hissəsində iştirak edən səudiyyəli yarışmacı münsiflərin ilk sualında mübarək “Nur” surəsinin 21 və 22-ci ayələrini oxuyub:
“Ey iman gətirənlər, Şeytanın addımlarına tabe olmayın. Kim Şeytanın addımlarına tabe olsa, şübhəsiz, o, pis və çirkin işə əmr edir. Əgər Allahın sizə lütf və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt (pis əqidə, əxlaq və əməldən) pak olmazdı. Lakin istədiyini (kamillik mərhələlərində) paklaşdıran Allahdır. Allah (hər şeyi) eşidən və biləndir”.
“Sizin maddi baxımdan üstün və dolanışıqda rifah içində olanlarınız qohumlara, yoxsullara və Allah yolunda hicrət edənlərə bəxşiş verməkdə simiclik etməsinlər və bəxşişi tərk etməyə and içməsinlər. Gərək (onların acıdil və kobud olmalarını) əfv etsinlər və (təqsirlərindən) keçsinlər. Məgər Allahın sizi bağışlamasını istəmirsiniz? Allah çox bağışlayan və mehribandır”.
Səudiyyə Ərəbistanının İran İslam Respublikasındakı səfiri Abdullah ibn Səud Əl-Ənzi həmçinin zaldan çıxarkən səudiyyəli yarışmaçı ilə görüşüb və onu təbrik edib və ona uğurlar arzulayıb.
4200399