"İQNA", Kanadanın News24-na istinadən xəbər verir ki, Kanadadakı müsəlman qruplar və bir çox yerli icmalar Qəzzada dərhal atəşkəs tələb etmədikləri təqdirdə parlament üzvlərinə xəbərdarlıq ediblər.
O xəbərdarlıqda deyilir ki, onlar BMT-nin yardım agentliyinə maliyyənin bərpasını tələb etmədikcə və işğalçı sionist rejimi pisləmədikcə məscidlərdə yaxşı qarşılanmayacaqlar.
Kanada Milli Müsəlman Şurasının üzvlərinin və bu ölkədəki bəzi məşhur məscidlərin imzaladığı açıq məktubda bu öhdəlikləri açıq şəkildə rədd edən nümayəndələrin müsəlmanların yığıncaqlarında çıxışına icazə verilməyəcəyi bildirilir.
Həmçinin qeyd olunub ki, Ramazan ayı insanlıq ayıdır və bu il həmişəkindən daha çox yalnız insanlığa bağlılığı bölüşən nümayəndələr məscidlərdə camaat qarşısında çıxış edə biləcəklər.
Məktubda həmçinin vurğulanır ki, deputatlar İsrailə silah və hərbi texnika axınına qarşı çıxmalı və kanadalıların repressiyadan qorxmadan Fələstin xalqı ilə həmrəylik nümayiş etdirmək hüququnu müdafiə etməlidirlər.
4201490