IQNA

Çeçenistanda Qurani-Kərimi yandıran şəxsə 3il 5 ay həbs cəzası

11:31 - February 28, 2024
Xəbər sayı: 3495536
İQNA - Rusiya Federasiyasına bağlı Çeçenistan Respublikasının məhkəməsi ötən il Qurani-Kərimi yandıran Nikita Juraveli 3 il 5 ay müddətinə azadlıqdan məhrum edib.

Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərinin Visaitovski Şəhər Məhkəməsində keçirilən prosesdə Qurani-Kərimi yandıran Juravel “mənəvi dəyərləri təhqir etmək və ictimai asayişi pozmaq”da təqsirli bilinib.

Məhkəmə 20 yaşlı Juravelin 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.

Juravelin vəkili Yuliya Antonova iclasdan sonra jurnalistlərə bildirib ki, məhkəmə qərarından apellyasiya şikayəti verəcəklər.

Nikita Juravel 2023-cü ilin mayında Rusiyanın Volqoqrad şəhərində məscidin qarşısında Quranı yandırdığına görə saxlanılıb və Çeçenistana göndərilib.

AA

captcha