Amerika mətbuatının verdiyi məlumata görə, sionist İsrailə etiraz etmək üçün özünü yandıran ABŞ əsgəri İsrailin Vaşinqtondakı səfirliyi qarşısında anılıb.
ABŞ Hərbi Hava Qüvvələrində vəzifə yerinə yetirən 25 yaşlı Aaron Buşnel dünən yerli vaxtla saat 13:00 radələrində İsrailin Vaşinqtondakı səfirliyinin qarşısında "Mən daha soyqırım cinayətində iştirak etməyəcəyəm. İndi çox şiddətli bir etiraz aksiyası təşkil edəcəyəm, lakin fələstinlilərin işğalçıların əli ilə yaşadıqları qarşısında mənim hərəkətim böyük bir şey deyil" deyib. Sonra başına benzin tökərək özünü yandırıb.
Hərbi forma geyinən Buşnel nəfəsi kəsilənə qədər “Fələstinə azadlıq” qışqırıb. Böyükşəhər Polis İdarəsi Buşnellin öldüyünü açıqlayıb.