IQNA

Pakistanda ərəb hərfləri ilə paltar dizayn etmək problemə çevrilib

10:44 - February 29, 2024
Xəbər sayı: 3495541
İQNA - Pakistanlı qadın ərəb hərfləri olan paltar geyindiyi üçün Qurani-Kərimi təhqir etdiyi iddiası ilə hücuma məruz qalıb.

"İQNA", "Sədyul-bələd"-ə istinadən xəbər verir ki, Pakistan vətəndaşları səkidə gedən qadına ərəb hərfləri ilə “həlvə” (gözəl) kəlməsi yazılmış manto geyindiyi üçün hücum edib.

Hücum edənlər mantonun üzərindəki yazıların Qurani-Kərimdən ayələr olduğunu və bu hərəkəti müqəddəs kitabı təhqir etmək əsası ilə həyata keçirdiklərini bildiriblər.

Sosial şəbəkələrdə yayılan videoda qadının çox qorxduğu və əlləri ilə üzünü bağladığı görünür.

Bəzi pakistanlı din alimləri bu mantonun üzərində “Həlvə” (gözəl) sözünün ərəb hərfləri ilə yazıldığını və bunun Quran ayəsi olmadığını vurğulamışlar. Polis həmçinin alimlərdən video çəkib bu qadının günahsız olduğunu bəyan etməyi xahiş edib.

Pakistanda müqəddəslərə hörmətsizlik qanunları onilliklərdir ki, dəyişir. 1927-ci ildə müsəlman icmasının təzyiqi ilə Nifrət Nitqi Qanunu qəbul edildi.

Pakistan hərbi hökuməti 1980-ci ildən 1986-cı ilə qədər küfr qanunlarında islahatlar aparıb və onlara düzəlişlər edib. Qanunları islamlaşdırmaq və Əhmədiyyə azlığının islami simasını inkar etmək üçün yeni maddələr əlavə edildi. 1987-2017-ci illər arasında 1500-dən çox insan müqəddəsləri təhqir etməkdə ittiham edilib və ən azı 75 nəfər öldürülüb.

2023-cü ilin yanvarında Pakistan Milli Assambleyası ölkənin küfr qanunlarını sərtləşdirməyə razılıq verdi. Azlıqlar yeni qanunların insan hüquqlarının pozulmasına və dini azlıqların daha da sıxışdırılmasına səbəb olacağından qorxurlar.

Müsəlman azlıqlar bütün dünyada zülmə məruz qalırlar. Çünki müqəddəs şeyləri təhqir etmək təkcə dinlə məhdudlaşmır, həm də beynəlxalq problemlərdən təsirlənir.

4202250

captcha