IQNA

Fələstin qruplarından qlobal "Ramazan tufanı" kampaniyasını dəstəkləməyə çağırış

9:08 - March 05, 2024
Xəbər sayı: 3495572
İQNA – Fələstin qrupları bəyanat yayaraq, bütün dünyada keçiriləcək “Ramazan tufanı” kampaniyasını tam dəstəklədiklərini açıqlayıb və kampaniyada iştiraka çağırıblar.

“İQNA”, “Rəyul-yəvm” internet saytına  istinadən xəbər verir ki, fələstinli qruplar bütün insanları bu kampaniyada iştirak etməyə və Qəzzə ilə həmrəylik üçün qlobal səviyyədə oturaq aksiyalar və tətillər təşkil etməyə çağırıblar.
Verilən məlumata görə, fələstinli qruplar birgə bəyanatlarında bu bazar günü Ramazan tufanı adı altında milli, regional və beynəlxalq səviyyədə ən böyük rəsmi və populyar qlobal hərəkata çağırıblar.
Kampaniyada iştiraka çağıranlar qeyd ediblər ki, sionist rejimin planlarının nəticəsiz qalmasının qarşısını almaq üçün Fələstin məsələsinə dəstək verilməli və Qəzzə müharibəsinin dayandırılması üçün təzyiqlər göstərilməlidir.
Kampaniya çərçivəsində fələstinli qruplar hər cür sanksiyaların aktivləşdirilməsini, işğalçılara hər cür yardımın kəsilməsini, bütün paytaxt və şəhərlərdə tətil və oturaq aksiyaların təşkil edilməsini istəyib.
Bəyannamədə Fələstin xalqının azadlıq və öz müqəddəratını təyin etmək, öz torpaqlarına və evlərinə qayıtmaq, paytaxtı Qüds olan müstəqil dövlət qurmaq hüququ vurğulanıb.
Bu qruplar müqavimət oxunu dəstəklədiklərini elan edərək, sionist rejimin işğalı ilə mübarizənin zəruriliyini vurğulayıblar.
İşğalçı rejimin davamlı hücumları, Qüdsü yəhudiləşdirmə cəhdləri, hörmətsizlik, hücumlar və namazlara maneçilik törətməklə Məscidül-Əqsa və İslam və Xristianların müqəddəs yerlərini daim hədəfə aldığı açıqlanıb.
Sızdırılmış məlumatlar göstərir ki, Təl-Əviv sionist rejimin Qəzzə xalqına qarşı müharibəsi və sionist rejim kabinetinin Ramazan ayında Məscidül-Əqsaya tətbiq etməyi planlaşdırdığı məhdudiyyətlər səbəbindən Qüds və İordan çayının qərb sahilindəki vəziyyətin nəzarətdən çıxmasından ehtiyat edir.
4203353

captcha