IQNA

İran İslam İnqilabının Rəhbəri Milli Ağacəkmə Günündə fidan əkib

7:17 - March 07, 2024
Xəbər sayı: 3495581
İQNA – Ayətullah Seyid Əli Xamenei Milli Ağacəkmə Günü münasibətilə martın 5-i çərşənbə axşamı günü üç fidan əkib.

"İQNA", İslam İnqilabı Rəhbərinin dəftərxanasının informasiya mərkəzinə istinadən xəbər verir ki, Ayətullah Xamenei çıxışında ağac əkməyin sərfəli sərmayə olduğuna işarə edərək deyib: "Ağaclar havanın çirklənməsinin artması ilə mübarizədə ən təsirli üsullardan biridir".

Ali Məqamlı Rəhbər İslam dininin insan-təbiət münasibətində əhəmiyyətini vurğulayaraq, təbiətin qorunmasına diqqət yetirilməli olduğunu da bildirdi.

Bundan əlavə, Fələstin xalqı ilə həmrəylik üçün zeytun ağacı tingləri əkən İslam İnqilabının Rəhbəri bu simvolik aksiyanın səbirli və dözümlü Fələstin xalqının hər zaman qəlbimizdə olduğunu salamla çatdırmaq məqsədi daşıdığını bildirib.

İslam İnqilabının Rəhbəri zeytun tingləri əkməklə yanaşı, ölkə daxilində istehsal olunan Lavisun sərv və encili tinglərini də əkib.

Encili ağacı İranın Mazandaran meşələrinin doğma ağacıdır.Onun bərk ağac gövdəsindən müxtəlif məqsədlər üçün istifadə etməklə yanaşı, kök və yarpaqlarından tibb sahəsində də istifadə olunur.

4203635

captcha