"İQNA"-nın Avstraliyadan verdiyi xəbərə görə, Saminul-əimmə (ə) Quran icmasından Mustafa Əşrəfi qeyd edib ki, bu məclislər Ramazan ayının əvvəlindən axşam və işa namazlarından sonra keçiriləcək.
Əşrəfi Quran məclislərinin açılışının onun oxuyacağı dua ilə başlayacağını, daha sonra Qurandan bir cüz oxunacağını bildirib.
Qurani-Kərim icması 2002-ci ildə Avstraliyanın Sidney şəhərində yaradılıb. O dövrdə rəsmi bir qurum və ya təşkilat olaraq fəaliyyət göstərməyən Saminul-əimmə (ə) Quran icması evdə Quran oxumaq və dua etməklə başlayan bir təşkilat idi.
4204050