"İQNA", "Əl-Məyadin" saytına istinadən xəbər verir ki, Venesuela prezidenti Fələstin xalqının dini köklərinə görə bu gün yaşadığı vəziyyəti İkinci Dünya Müharibəsi zamanı Hitlerin zülmü ilə müqayisə edib.
Maduro qeyd edib ki, işğalçı rejim müsəlmanların mənəviyyatına hörmət etmir və namaz qılmaq və Quran oxumaq üçün məscidlərə gedən insanları qətlə yetirir. O, belə hərəkətləri qətiyyətlə pislədiklərini də bildirib.
Venesuela prezidenti Ramazan ayının başlanması ilə bağlı rəsmi açıqlama verib və İslam dünyasına təbriklərini çatdırıb. O, Fələstin xalqı ilə həmrəy olduqlarını və ölkəsinin İslam xalqlarına səmimi bağlılığını ifadə edib.
Maduro jurnalistlərə açıqlamasında Qəzzada baş verənlərin sosial şəbəkələrdə canlı yayımlanan ilk soyqırımı olduğunu vurğulayıb.
O, həmçinin fələstinlilərə qarşı bu soyqırımı 21-ci əsrin ən acınacaqlı fəlakəti kimi qiymətləndirib.
Maduro daha əvvəl Qəzza ilə bağlı demişdi: “Dünyanın bütün xalqları və hökumətləri Beynəlxalq Ədalət Məhkəməsinin soyqırımı dayandırmaq üçün hərəkətə keçməsini gözləyir. İsrail fələstinliləri öz torpaqlarını tərk etməyə məcbur etmək üçün ac saxlayır.
4205353