“TRT Haber”in məlumatına görə, hadisə şahidlərindən əldə edilən məlumata görə, İsrail tankları və hərbi maşınları şiddətli atəşdən mühafizə altında Qəzza şəhərinin qərbindəki bölgələrə qəfil daxil olub. Minlərlə köçkün, xəstə və yaralının yerləşdiyi Şifa Xəstəxanasını mühasirəyə alıb, xəstəxananın bəzi hissələrini top mərmiləri və İHA-larla hədəfə alıb.
Köçkünlərdən bəziləri basqından əvvəl xəstəxananı tərk edə bildiyi halda, İsrail qüvvələri xəstəxananı hədəfə alaraq içəriyə atəş açaraq köçkünlərdən bəzilərinin ölməsinə və yaralanmasına səbəb olub.