Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada qatil İsrailin 164 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.
Açıqlamada işğalçı İsrail qüvvələrinin son 24 saatda Qəzza zolağında daha 81 fələstinlini şəhid etdiyi, Qəzzada şəhid sayının 31 min 726-ya yüksəldiyi bildirilib.
Bəyanatda sionist İsrail qüvvələrinin son hücumlarda daha 116 fələstinlini yaraladığı və Qəzza zolağında yaralananların ümumi sayının 73 min 792 nəfərə çatdığı bildirilib.
Səhiyyə Nazirliyi dağıntılar altında və yol kənarında cəsədlərin olduğunu, lakin qatil İsrail qüvvələrinin maneə törətməsi səbəbindən tibb qrupları və mülki müdafiə əməkdaşlarının cəsədlərə götürə bilməyəcəyini qeyd edib.