"İQNA", "Əl-misri Əl-yəvm" qəzetinə istinadən xəbər verir ki, Quran xətm proqramı aprelin 26-da cümə günü Misirin vəqflər naziri Məhəmməd Muxtar Cümənin iştirakı ilə Seyyidə Zeynəb məscidində başlayıb.
Proqramda Şeyx Əhməd Nüeynə, Şeyx Fəthi Əbdulsemi, Şeyx Mahir Fəramuyi, Şeyx Əbdulmüttəlib Əlbudi, Şeyx Əhməd Fərhat, Şeyx Əbdulhadi Məhəmməd, Şeyx Mahmud Abdullah kimi görkəmli qarilər Qurani-Kərimin 1 və 2-ci cüzlərindən ayələr oxudular.
Dini İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu Quran məclisi ölkənin ali görkəmli Quran qarilərinin iştirakı ilə məscidlərin Quran xidmətində rolunu gücləndirmək və səhər namazından sonra Quran oxumaq ənənəsini canlandırmaq məqsədi daşıyır.
Proqramlar yaxın günlərdə İmam Hüseyn (ə) məscidində və Seyyidə Nəfisə məscidində davam edəcək.
4212516