IQNA

Qətərdə qadınlar üçün Quran mərkəzinin tikintisinə başlanılıb

15:31 - May 05, 2024
Xəbər sayı: 3495886
İQNA – Qətərdə qadınlar üçün ən mühüm vəqf mərkəzlərindən biri olan Quran və İslam Elmləri Mərkəzinin tikintisinə bu ölkənin Vəqflər və İslam İşləri Nazirinin iştirakı ilə başlanılıb.

"İQNA", "Əl-Rəy" saytına istinadən xəbər verir ki,  Qətərin Vəqflər və Dini İşlər Naziri Qanim Əl-Qanim, Əl-Vəb bölgəsində qadınlar üçün ən mühüm Quran və İslam vəqf mərkəzlərindən biri olan Şeyx Muze İbn Məhəmməd Quran və İslam Elmləri Mərkəzinin tikintisinin təməlqoyma mərasimində iştirak edib.

Bu mərkəz ölkənin Vəqflər Nazirliyinə tabe olan, Quran və dini elmlərə xidmət edən "Qatar Foundation Bank"-ın ən böyük layihələrindən biridir.

Qətərin Vəqflər Nazirliyinin baş direktoru mərkəzin tikintisinə başlanılmasını Qətərin keçmiş irsinin yeni ümidlər və gözləntilərlə əlaqələndirdiyi orijinallıq və müasirliyin vəhdəti kimi xarakterizə edib.

O, həmçinin bildirib ki, bu mərkəz Qətərin İslam və Ərəb irsi nəzərə alınmaqla qadınların statusu və sosial roluna dəstək verilməklə tikiləcək.

O, əlavə edib ki, sidr çiçəyinin formasından ilhamlanaraq hazırlanan mərkəz Qətərin qurucusu Şeyx Casim ibn Məhəmməd ibn Taninin bacısı Şeyx Muza bint Məhəmmədin adını daşıyır.

Mərkəz 24 min 800 kvadratmetr ərazidə tikiləcək. Burada 750 şagirdlik 50 sinif otağı, 200 qadın işçinin çalışdığı 42 inzibati kabinet, həmçinin çoxlu iclas otaqları, idman klubları və geniş avtodayanacaq olacaq.

4213143

captcha