"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, Fələstinə dəstək məqsədilə universitetlərdə keçirilən nümayişlər zamanı həbs olunan tələbə və ustadların sayı iki minə çatıb.
Associated Press ən azı iki min nümayişçinin həbs edildiyini bildirib.
Onlarla universitet, o cümlədən ABŞ-ın nüfuzlu ali təhsil müəssisələri aprelin 18-dən İsrailin Qəzza zolağında apardığı müharibəyə qarşı etirazların şahidi olur.
Kaliforniya universitetləri ən aktiv etiraz bölgələrindən birinə çevrilərkən, universitet rəhbərliyinin təzyiqi və polisin zorakı müdaxiləsi nəticəsində ölkə daxilində universitet şəhərciklərində qurulan Qəzza ilə həmrəylik düşərgələri dağıdılıb.
Kaliforniya Universitetində xüsusi polis bölmələri tələbələrə müdaxilə edib. Ştat polisi Los-Ancelesdəki universitet şəhərciyinə basqın zamanı ən azı 200 nəfərin həbs olunduğunu və həbsxanada saxlandığını açıqlayıb.
İsrailyönlü qrupun universitet şəhərciyinə hücumundan sonra Kaliforniya Universitetində gərginlik artıb və polisin müdaxiləsi saatlarla çəkib.
Qəzza ilə həmrəylik düşərgələrinin öncüsü olan Nyu Yorkda aktivistlər polisin zorakı müdaxiləsi nəticəsində dağıldı.
Aprelin 18-də İsrailin Qəzzanı işğal etməsinə qarşı çıxan tələbələr Kolumbiya universitetində oturaq etiraz aksiyası təşkil ediblər. Onlar hökumətdən İsrail universitetləri ilə akademik əməkdaşlığa son qoymağı və Fələstinin işğalını dəstəkləyən şirkətlərə investisiyaları geri çəkməyi tələb ediblər.
4213710