IQNA

Sionist rejimin Əl-Cəzirəni bağlamaq qərarı

12:50 - May 06, 2024
Xəbər sayı: 3495899
İQNA – Sionist rejim qüvvələri Dohada yerləşən Əl-Cəzirə televiziyasının İsraildə yayımlarını dayandırmaq, ofislərini bağlamaq və avadanlıqlarını müsadirə etmək qərarına gəliblər.

Sionist Rejim Baş Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, rabitə naziri Şlomo Karhinin Nazirlər Şurasının iclasında Qətər mərkəzli Əl-Cəzirə televiziyasının İsraildəki fəaliyyətinə son qoyulması və ofislərinin bağlanması təklifi yekdilliklə qəbul edilib.

Sionist rejimin baş naziri Binyamin Netanyahu sosial media hesabında etdiyi paylaşımda, “Mənim rəhbərlik etdiyim hökumət yekdilliklə İsraildə təxribat törədən “Əl-Cəzirə”nin fəaliyyətini dayandırmağa qərar verdi” deyib.

Bu çərçivədə Əl-Cəzirə televiziya kanallarının və internet saytlarının İsraildəki fəaliyyətinə son qoyulması, yayımlarının dayandırılması, internet saytlarına girişin bloklanması, ofislərinin bağlanması və avadanlıqlarının müsadirə edilməsi qərara alınıb.

Yediot Ahranot qəzeti keçmiş müdafiə naziri Benni Qantsın rəhbərlik etdiyi Milli Birlik Partiyasından nazirlərin kabinetin iclasına qatılmadığını bildirib.

 “Haaretz”in verdiyi məlumata görə, qərar “Əl-Cəzirə”nin 45 gün müddətinə bağlanmasını ehtiva edir, lakin bu müddət yenidən uzadıla bilər.

captcha