IQNA

İsveçrənin Lozanna Universitetində anti-sionist nümayişi

10:48 - May 07, 2024
Xəbər sayı: 3495903
İQNA – İsveçrənin Lozanna Universitetində yüzlərlə insan növbəti dəfə Fələstinə dəstək nümayişi keçirib.

"İQNA", "Ərəb21" saytına və Keystone SDI xəbər agentliyinə istinadən xəbər verir ki, yeni nümayiş cümə axşamından universitet binasının girişi qarşısında oturan bir qrup tələbəyə dəstək məqsədilə keçirilib.

Tələbələr Qəzzada dərhal atəşkəs və sionist rejimin akademik boykot edilməsini tələb ediblər.

Bazar ertəsi universitet rəhbərliyi ilə etirazçılar arasında görüşün keçirilməsi qərara alınıb.

İsveçrənin Lozanna Universitetinin fəalları cümə axşamı Qəzzada müharibəni pisləmək və Amerika və Avropa universitetlərində başlayan nümayişlərə dəstək vermək üçün nümayiş keçiriblər.

Amerika son günlər və həftələrdə sionist rejimin Qəzza zolağına qarşı müharibəsinə etiraz olaraq tələbə nümayişlərinin şahidi olub və bu etirazlar hələ də davam edir.

Etirazçılar Qəzzə xalqına qarşı müharibənin dayandırılmasını tələb etməklə yanaşı, həm də Amerika universitetləri ilə sionist rejim arasında əməkdaşlığın dayandırılmasını tələb edirlər.

4214014

captcha