"İQNA", "Əl-Aləm" saytına istinadən xəbər verir ki, Qəzza sərhəd qapıları ofisi, ABŞ Dövlət Departamentinin qapıların yenidən açıldığı və humanitar yardım axınının təmin edildiyi iddiasına cavab olaraq, Qəzza zolağındakı qapıların hələ də bağlı və sionist rejiminin nəzarəti altında olduğunu açıqlayıb.
Bəyanatda bildirilib ki, sionist ordunun hücumları, Rəfah qapısının işğalı və Kərəm Əbu Səlim qapısının bağlanmasından bu yana bu bölgəyə heç bir yardım daxil olmayıb.
Fələstin hökumətinin Qəzzadakı informasiya bürosundan verilən açıqlamada, işğalçı rejim qüvvələri son iki gündə 400-dən çox yardım maşınının girişini əngəlləyib.
Yardımların dayandırılmasının Qəzzanın cənubundakı 1 milyon 700 mindən çox sakin üçün aclıq təhlükəsi yaratdığı da vurğulanıb. Amerika hökuməti, işğalçı rejim və beynəlxalq ictimaiyyət Qəzzada baş verən humanitar böhrana görə məsuliyyət daşıyır.
Bazar ertəsi günü beynəlxalq müqavimətlərə baxmayaraq, sionist rejimin döyüş kabineti Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərinə qurudan hücumu təsdiqləyib və bu rejim ordusu çərşənbə axşamından bu yana şəhərin Fələstin hissəsini işğal edib.
Bu əməliyyat, Həmasın Misir və Qətərin atəşkəs təklifini qəbul etdiyini elan etdikdən bir neçə saat sonra başlayıb. Sionist rejim bu təklifin rejimin lazımi tələblərinə cavab vermədiyini iddia edib.
Benyamin Netanyahu HƏMAS-ın hərbi imkanlarını bərpa etməsinə və Qəzza zolağında hökm sürməsinə icazə verməyəcəklərini bildirib.
4214834