IQNA

İranlı zəvvarların Təməttö Həccinə göndərilməsinə başlanılıb

12:54 - May 14, 2024
Xəbər sayı: 3495947
İQNA - Mayın 13-də səhər saatlarında iranlı zəvvarların builki ilk qrupu (əvvəl Mədinəyə gedən zəvvarlar) İmam Xomeyni (r.ə) hava limanından Vəhy diyarına yola düşüblər.

"İQNA"-nın Həcc informasiya bazasına istinadən verdiyi məlumata görə, 2024-cü ildə İmam Xomeyni (r.ə) hava limanının Salam terminalı vasitəsilə Mədinəyə yola düşən ilk Həcc zəvvarlarının müşayiəti mərasimi mayın 13-ü bazar ertəsi səhər saatlarında keçirilib. Bu mərasimdə Həcc və Ziyarət məsələlərində Vəliyyi-Fəqihin nümayəndəsi və iranlı zəvvarların başçısı Höccətül-İslam Seyid Əbdül-Fəttah Nəvvabın, Həcc və Ziyarət Təşkilatının rəhbəri Seyid Abbas Hüseyni, Səudiyyə Ərəbistanının Tehrandakı səfiri və aviaşirkətin bir neçə rəsmisi iştirak edib.

Vəhy diyarında Fələstinin məzlumları üçün dua etməyin zəruriliyi

Həcc və Ziyarət məsələləri üzrə Vəliyyi-fəqihin nümayəndəsi Höccətül-İslam Seyid Əbdül-Fəttah Nəvab iranlı zəvvarların ilk karvanlarının yola salınma mərasimində Uca Allah tərəfindən Beytullahil-Həramın bütün zəvvarlarının həcclərinin qəbul olunmasını istəyib. Həmçinin builki Həcc mərasiminin şüarının “Quran mərkəzli, həmrəylik və İslam hakimiyyəti və məzlum Fələstinin müdafiəsi” olduğunu bildirərək, zəvvarlara Məscidün-Nəbidə və Məscidül-Haramda Quran tilavəti və xətmi məclisi keçirməyi tövsiyə edib.

İranlı zəvvarların rəhbəri daha sonra Həcc Təmməttönün builki şüarının həmrəylik adlı bir hissəsinə toxunaraq, iranlı zəvvarlardan müxtəlif ölkələrin zəvvarları və müsəlmanları ilə yaxşı ünsiyyət qurmalarını istəyib. Məscidül-Həram və Məscidün-Nəbinin keçmiş rəhbəri Mərhum Şeyx Saleh ibn Əbdür-Rəhman Əl-Hüseyn, daim vurğulayırdı ki, iranlı zəvvarların nizam-intizamı və planı yaxşıdır və digər ölkələrdən gələn zəvvarlarla yaxşı qarşılıqlı əlaqə və ünsiyyətləri var.

Höccətül-İslam Nəvvab builki Həcc şüarının başqa bir hissəsinin islami hakimiyyəti və məzlum Fələstinin müdafiəsi olduğunu elan edib və deyib: Zəvvarlar Peyğəmbər (s) yolu ilə getməli və Fələstin xalqının Vəhy diyarında qələbə çalması üçün dua etməlidirlər.

O, daha sonra Həzrət Peyğəmbərin (s) bir hədisinə işarə edərək dedi: “İslamın Peyğəmbəri (s) buyurdu: "Kim səhər tezdən oyanıb müsəlmanların işləri ilə maraqlanmasa, kiminsə fəryadını eşidib onun köməyinə gəlməsə, müsəlman deyildir".

Vəliyyi-Fəqihin Həcc və Ziyarət məsələləri üzrə nümayəndəsi bu gün bütün dünya müsəlmanlarının, yəhudilərin və xristianların birləşərək Fələstini dəstəklədiyinə toxunaraq dedi: "Biz də Məhəmməd peyğəmbəri (s) və Əhli-beyti (ə) örnək alaraq məzlum Qəzzə xalqını dəstəkləməliyik".

Sonda Vəliyyi-Fəqihin Həcc və Ziyarət məsələləri üzrə nümayəndəsi Mədinəyə gedən Beytullahil-Həram zəvvarlarından Qəzzə sakinləri adından Peyğəmbərə (s) salam vermələrini, Məscidül-Həram və Məscidün-Nəbidə Qəzzə şəhidlərinin niyyətinə namaz qılmalarını və onun savabını bu şəhidlərin ruhlarına göndərmələrini istəyib.

4215467

captcha