"İQNA", "Əl-Cəzirə" saytına istinadən xəbər verir ki, sərgiyə 65-dən çox sənət əsəri, o cümlədən İslam dekorativ sənəti və ərəb xəttatlığı daxildir.
Vizual rəssam və İslam incəsənəti və ərəb xəttatlığı sərgisinin koordinasiya şurasının üzvü Dəsmal Əl-Küvari Qətər Mədəniyyət Nazirliyinin yaradıcı xəttatları və dekorativ rəssamları təltif etdiyini bildirib. Həmçinin bu sənət və yaradıcılığın kitablar və ərəb-islam memarlıq irsində orijinal mənbə kimi görünə biləcəyini qeyd edib..
Sərginin xüsusi qonağı olan Oman, xüsusi qonaq adı ilə geniş mədəniyyət və incəsənət əsərləri kolleksiyasını sərgiyə gətirib. 33-cü Doha Qətər Beynəlxalq Kitab Sərgisi 42 ölkədən 515 nəşriyyatın iştirakı ilə keçirilir.
Sərgi mayın 18-dək Qətərin paytaxtı Doha Sərgi və Konfrans Mərkəzində davam edəcək.
Doha Kitab Sərgisində bir çox Quransevərlərin iştirakı ilə Hüseyn Əbdü tərəfindən tərcümə edilmiş, Melibari dilində “Qurani-Kərimin məfhumları” kitabı təqdim olunub.
Bundan əlavə, keçirilən görüşdə xalqlar arasında dinc yanaşı yaşamanın və yaxınlaşmanın möhkəmləndirilməsində tərcümənin əhəmiyyəti vurğulanıb.
Həmçinin kitab müəllifi bu sərgini faydalı məlumatların yayılması baxımından ən böyük tədbirlərdən biri kimi dəyərləndirib.
Melibari və ya Malayalam dili dörd əsas Dravid dilindən biridir və Hindistanın Kerala əyalətində rəsmi dil kimi təyin edilmiş 22 dildən biridir. Dünyada, xüsusilə Cənubi Hindistanda ümumilikdə 35 milyon 900 min insan bu dildə danışır.
4215948