İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisini müşayiət edən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayəti üzrə vəliyyi fəqihin nümayəndəsi və Təbrizin imamcüməsi Seyid Məhəmmədəli Ali-Haşim və Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti də bu qəza nəticəsində şəhid olublar. Helikopterin pilotu eləcə də prezidentin mühafizəçisi də bu hadisədə şəhadətə nail olublar.