IQNA

Qəzza müharibəsində 100-dən çox fələstinli alim həyatını itirib

10:38 - May 20, 2024
Xəbər sayı: 3495978
İQNA – Qəzza zolağının Dövlət İnformasiya İdarəsi sionist rejimin Qəzzəyə hücumunun başlanğıcından bəri 100-dən çox fələstinli alim və tədqiqatçının həyatını itirdiyini açıqlayıb.

"İQNA", Fələstin İnformasiya Mərkəzinə istinadən xəbər verir ki, Dövlət İnformasiya İdarəsi 8 ay əvvəl Qəzzada gedən müharibə zamanı 100-dən çox alim, universitet ustadı və tədqiqatçının qətlə yetirildiyini bildirib.

Bu İnformasiya Bürosu vurğuladı ki, sionist rejim Qəzza zolağında bütün universitet və məktəbləri bombalamaqla Fələstin təhsil sistemini tamamilə məhv etmək istəyir. Həmçinin qeyd olunub ki, işğalçı rejim alim və tədqiqatçıları qətlə yetirməklə yanaşı, 103-dən çox universitet və məktəbi bombalayıb, 311 universitet və məktəbi qismən dağıdıb.

Qəzzada Dövlət İnformasiya İdarəsi bu qədər fələstinli alim və ustadın öldürülməsini, eləcə də təhsil müəssisələrinin hədəfə alınaraq bombalanmasını pisləyib.

Bundan əlavə, o, dünyanın bütün universitet və təhsil müəssisələrini bu cinayəti pisləməyə çağırıb.

Bu qurum həm də işğalçı rejimi və onun müttəfiqi olan Amerika hökumətini bu cinayətə görə məsuliyyət daşıdığını və ABŞ-ın da bu soyqırım müharibəsinin tərəfdarı olduğunu vurğulayıb.

4216249

captcha