IQNA

Əliyev İranın Bakıdakı səfirliyinə gedərək başsağlığı verib

10:57 - May 22, 2024
Xəbər sayı: 3495995
İQNA - Azərbaycan prezidenti İlham Əliyev İranın Bakıdakı səfirliyini ziyarət edib və başsağlığı verib.

Azərbaycan prezidenti İlham Əliyev İranın Bakıdakı səfirliyində olub, İran prezidentinin, xarici işlər naziri Əmir Abdullahianın və onları müşayiət edən digər rəsmi şəxslərin şəhadəti ilə bağlı başsağlığı verib.

Əliyev səfirlikdə şəhidlər üçün açılan başsağlığı kitabını imzalayıb.

Bazar günü Şərqi Azərbaycan əyalətində səfərdə olan prezident İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb. Qəza nəticəsində prezidenti Seyid İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan valisi Malik Rəhməti, Təbriz cümə imamı Ayətullah Seyid Məhəmməd Əli Ali Haşim və helikopterdəki digər heyət şəhid olub.

captcha