IQNA

Həniyyə: "Biz əminik ki, İran qələbə gününə qədər Fələstini dəstəkləməyə davam edəcək"

12:22 - May 22, 2024
Xəbər sayı: 3495999
İQNA - HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyyə, "İran İslam Cümhuriyyətinin Fələstinə verdiyi dəstəyin Məscidül-Əqsanın günbəzində zəfər bayrağını qaldıracağımız günə qədər davam edəcəyinə əminik" dedi.

Helikopter qəzasında şəhid olan prezident İbrahim Rəisi, xarici işlər naziri Əmir Abdullahian və onu müşayiət edən nümayəndə heyətinin Tehranda dəfn mərasimi keçirilib.

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyyə Tehran Universitetində keçirilən dəfn mərasimində çıxışı zamanı deyib: "Əziz qardaşlar, Fələstin xalqı, müqavimət və Qəzzə adından İran İslam İnqilabının Rəhbərinə, hökuməti və xalqına başsağlığı verirəm. Şəhid olan Dr. İbrahim Rəisi, qardaşım Dr. Əmir Abdullahian və bərabərindəki heyətin ailələrinə başsağlığı verir, Allah-Təaladan bu şəhidlərə rəhmət diləyirəm" dedi.

Həniyyə deyib: "Rəis həmişə Fələstin müqaviməti və davasının tərəfdarı olub və biz İran İslam Cümhuriyyətinin bu siyasəti və strategiyasının davam edəcəyinə əminik". dedi.

Həniyyə bildirib: "Müqəddəs Ramazan ayında Tehrana səfərim zamanı cənab prezidentlə görüşümüz oldu. Bu görüşdə cənab Rəisi İranın Fələstinlə bağlı prinsipial mövqeyindən danışdı və üç məsələ vurğuladı. Birincisi, Fələstin məsələsi İslam ümmətinin birinci məsələsidir və İslam ümmətinin Fələstin torpaqlarının azad edilməsi üçün zəmin yaratması lazımdır. İkincisi, Fələstin məsələsinin təkcə siyasi məsələ deyil, İslam ümmətinin ürəyində olmasıdır. Bu torpaqlar müsəlmanların ilk qibləsi və Peyğəmbərimizin merac yeridir. Müqavimət Fələstinin azadlığı üçün strateji seçimdir və Fələstindəki müqavimət sionizmə qarşı müqavimətin ilk xəttidir".

Prezident Rəisinin görüş zamanı İranın bütün məqsədlərinə çatana qədər müqaviməti dəstəkləməyə davam edəcəyini söylədiyini xatırladan İsmayıl Həniyyə sözlərini belə davam etdirdi: "Üçüncü məsələ Fələstin millətinin həyata keçirdiyi Əl-Əqsa tufanı əməliyyatı idi. Qəzza cəbhəsindən tutmuş digər yerlərdəki bütün müqavimət cəbhələrinə qədər şərəfli mübarizə davam edir. Höccətül-İslam Rəisi Əl-Əqsa tufanı əməliyyatını sionist rejimin ürəyini hədəf alan və dünyada tarixi dəyişiklik yaradan zəlzələ kimi qiymətləndirdi."

HƏMAS Siyasi Bürosunun Rəhbəri, "Fələstin xalqı və qəhrəman Qəzzə xalqı Fələstin və müqəddəs Qüdsün azad edilməsinə qədər bu mübarizəni davam etdirəcək. Biz müqavimət qrupları olaraq İran İslam Cümhuriyyətinin Fələstinə dəstəyinin zəfər bayrağını Məscidül-Əqsanın günbəzində qaldıracağımız günə qədər davam edəcəyinə əminik" dedi.

Mayın 19-da baş vermiş helikopter qəzası nəticəsində İran prezidenti Seyid İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan valisi Malik Rəhməti və Təbriz cümə namazının rəhbəri Ayətullah Məhəmməd Əli Ali Haşim və digər şəxslər şəhid olub.

4217658

captcha