"İQNA"-nın verdiyi məlumata görə, mayın 20-i bazar ertəsi axşam Tehranın Şəhid Şiroudi stadionunda təqlid edilərək oxunan qiraətləri festivalının birinci dövrünün yekun və bağlanış mərasimi keçirilib.
Şəhid Ayətullah Seyid İbrahim Rəisinin və helikopter qəzasında onu müşayiət edən heyətin xatirəsinə keçirilən bu mərasimin bir hissəsində Vəqf və Xeyriyyə İşləri Təşkilatının rəhbəri Höccətül-İslam vəl-müslimin Seyid Mehdi Xamuşi bu şəhadətlə bağlı başsağlığı verərək deyib: "Şəhidlərimizin bir məqsədi var, o da Allahın əmri ilə hərəkət etmək və haqqı təmin etməkdir. Allah buyurur: “Həqiqətən, Allah möminlərdən onların canlarını və mallarını cənnət müqabilində satın aldı".
O, sözünün başqa bir hissəsində isə “Onları ölü sayma” ayəsinə işarə edib: عند ربِّه يورزقون"Onlar diridirlər və Allah yanında ruzi yeyirlər".
Həmçinin çıxışının başqa bir hissəsində şəhid Ayətullah Rəisinin xidmətlərindən bəzi hissələri qeyd edərək dedi: "Şəhid Ayətullah Rəisi Birləşmiş Millətlər Təşkilatında Qurani-Kərimi şiddətlə müdafiə etdi. O bildirib ki, ABŞ prezidenti əziz generalımızı şəhid etdiyi üçün mühakimə olunmalıdır. Orada bizim şərəfimizlə bağlı bəyanat verdi".
O, nitqinin başqa bir hissəsində “İsra” surəsinin 13-cü ayəsinə işarə edib: "Hər bir insanın (əməlinin qeybdən onun üçün qərara alınaraq tərəfinə uçmuş gözəl və ya uğursuz) taleyini (boyunduruq kimi) onun boynunda zəruri və sabit etdik. Qiyamət günü onun üçün, açıq şəkildə görəcəyi bir yazı çıxararıq".
Xamuşi sözünə belə davam etdi: "Bugünkü Quran məclisini İslam İnqilabı və Müqəddəs Müdafiə şəhidlərinə və Qəzzə şəhidlərinə həsr edirik. Allah onların hamısına rəhmət eləsin".
4217248