Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi bəyanatda sionist rejimin Qəzza zolağına həyata keçirdiyi hücumlar barədə məlumat verilib.
Bildirilib ki, sionist rejim ordusu son 24 saatda Qəzzənin müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 8 qətliam həyata keçirib və bu hücumlarda daha 81 fələstinli şəhid olub, 223 fələstinli isə yaralanıb.
Qeyd olunub ki, sionist rejimin oktyabrın 7-dən Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhid olanların sayı 35 min 984-ə, yaralıların sayı isə 80 min 643-ə yüksəlib.