IQNA

Misirdə Quran hafizlərinin hazırlanması üçün 30 mərkəz yaradılır

10:10 - June 02, 2024
Xəbər sayı: 3496064
İQNA – Misir Vəqflər Nazirliyinin Dini İşlər üzrə Ali Şurasının baş katibi Misirdə Quran hafizləri üçün 30 təlim mərkəzinin yaradılacağını və uzaqdan Quran təhsil proqramlarının gücləndiriləcəyini bildirib.

"İQNA", "Əl-Misri Əl-yəvm" saytına istinadən xəbər verir ki, baş katib Məhəmməd İzzət İsgəndəriyyədə Misir icması imamlarının 15-ci mədəniyyət toplantısının açılışında çıxışı zamanı bu xəbərlə əlaqədar olaraq, Vəqflər Nazirliyi Quran tilavəti, hifzi və duaların tədrisi və öyrədilməsi, eləcə də milli və beynəlxalq səviyyədə Quran yarışlarının inkişafı üçün hərtərəfli planlarının olduğunu bildirib.

İzzət Misirdə 30 təhsil mərkəzinin açılacağını, uşaqlar üçün Quran təhsili proqramlarının genişləndiriləcəyini, maarifləndirici və dini məclislərin təşkil ediləcəyini, eləcə də uzaqdan Quran hifzi proqramlarının həyata keçiriləcəyini qeyd edib.

Son illərdə Misir Vəqflər Nazirliyi bu ölkədə Quran fəaliyyətini inkişaf etdirmək üçün hərtərəfli proqramlar həyata keçirib.

Qurani-Kərimin çapı və yayılmasının təkmilləşdirilməsi istiqamətində intensiv səylər, ölkənin ucqar bölgələrində Qurani-Kərimin qiraəti və hifzi üzrə tədris mərkəzlərinin inkişafı ən mühüm Quran fəaliyyətlərindən sayıla bilər.

4219299

captcha