İQNA - Birləşmiş Millətlər Təşkilatının fələstinli qaçqınlara yardım və işlər üzrə Agentliyinin (UNRWA) prezidenti Filip Lazzarini bildirib ki, UNRWA İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərinə hücumlarından sonra fələstinli qaçqınlar üçün əsas xidmətlərini dayandırmaq məcburiyyətində qalıb.

Lazzarini X sosial media hesabındakı paylaşımında bunları deyib: "UNRWA-nın Rəfahdakı sığınacaqları boşaldıldı və 2 milyondan çox insan təhlükəsiz sığınacaq tapmaq üçün evlərini tərk etdi. UNRWA Rəfahda səhiyyə və digər əsas və həyati xidmətləri dayandırmağa məcbur oldu".
UNRWA-nın prezidenti Filip Lazzarini paylaşımında bunları da qeyd edib: “UNRWA qrupları 1,7 milyon insanın yaşadığı Qəzza zolağının cənubunda yerləşən “Xan Yunis” şəhərindən və onun mərkəzi bölgələrində xidmətlər göstərməyə davam edir”.