"İQNA", "Əl-Xəlic" saytına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının dini işlər naziri ölkə daxilində məscidlərdə yalnız dörd səsgücləndiricidən istifadə edilə biləcəyini açıqlayıb.
O, çıxışında azan üçün 4 səsgücləndiricinin kifayət etdiyini və əlavə səsgücləndiricilərin məscid rəhbərliyi tərəfindən toplanmasının vacibliyini bildirib.
Nazirlik, həmçinin lazımi səsgücləndiricilərin anbarlarda saxlanması və kifayət qədər səsgücləndiricisi olmayan məscidlərə paylanması barədə göstəriş verib.
4219724