IQNA

İranda İmam Xomeyni (r.ə) vəfatının 35-ci ildönümündə anılıb

11:37 - June 04, 2024
Xəbər sayı: 3496081
İQNA - İslam İnqilabının banisi İmam Xomeyninin (r.ə) vəfatının ildönümü ilə bağlı bu gün İmam Xomeyninin (r.ə) məqbərəsində müxtəlif qrupların iştirakı ilə anım mərasimi keçirilib.

İslam İnqilabının banisi İmam Xomeyninin (r.ə) vəfatının ildönümü ilə bağlı İmam Xomeyninin (r.ə) məqbərəsində müxtəlif qrupların iştirakı ilə anım mərasimi keçirilib.

İslam Respublikasının qurucusu Ayətullah Xomeyni vəfatının 35-ci ildönümündə Təbriz şəhərində də anılıb.

Ayətullah Xamenei: "Əqsa tufanı əməliyyatı düşmənlərin planını pozdu".

İslam İnqilabının Böyük Rəhbəri və İslam Respublikasının qurucusu İmam Xomeyninin (r.ə) vəfatının 35-ci ildönümü münasibətilə keçirilən anım mərasimində iştirak edən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Əli Xamenei burada çıxış edib.

Həzrət Ayətullah Xamenei deyib: "Əqsa tufanı əməliyyatı düşmənlərin bütün planlarını puça çıxardı. Bu, sionist rejimin Qəzzə xalqına qarşı vəhşicəsinə hücum planlarının iflasa uğramasının göstəricisidir".

Ölkə rəsmiləri İmam Xomeyninin (r.ə) anım mərasimində iştirak ediblər

Anım mərasimində yenidən İran parlamentinin sədri seçilən Tehran deputatı Məhəmməd Baqir Qalibaf, İran Məhkəmə Sisteminin rəhbəri Qulam Hüseyn Möhsini Ejei və İran prezidentinin müavini Məhəmməd Muxbir də iştirak edib.

 İmam Xomeyninin (r.ə) fikirləri canlıdır

Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İmam Xomeyninin (r.ə) vəfatının ildönümü ilə bağlı xatirə mesajı paylaşıb.

Kənani X sosial şəbəkəsindəki paylaşımında “İslam İnqilabı bütün dünyada Xomeyni adı ilə tanınır. Tarixə adını yazan və Həzrət Məhəmmədin əsasını qoyduğu İslam dinini dirçəltmiş İmam Xomeyni (r.ə) uzun illər öncə dünyasını dəyişsə də, onun ümumbəşəri düşüncələri canlıdır və xatırlanır.

Anım mərasimində İmam Xomeyninin (r.ə) nəvəsi Həsən Xomeyni çıxış edib.

Həsən Xomeyni buradakı çıxışında Qəzzada baş verən son hadisələrlə bağlı deyib: "Bu gün sionist rejim öz izzət və nüfuzunu itirib."

Həsən Xomeyni sözünə davam edərək dedi: "Bu gün mərhum İmama demək istəyirəm ki, Qəzzədə uşaqlar şəhid olsalar da, İslam İnqilabının mesajı bütün dünyaya çatdırıldı."

İmam Xomeyninin (r.ə) anım mərasimində xidmət yolu şəhidləri unudulmadı

İmam Xomeyni üçün keçirilən anım mərasimində helikopter qəzasında şəhid olan prezident, xarici işlər naziri Əmir Abdullahian və onu müşayiət edən nümayəndə heyəti üçün mərsiyə oxunub.

Mərasimdə ictimaiyyətin izdihamlı iştirakı

Ölkənin bir çox şəhərlərindən insanlar anım mərasimində iştirak etmək üçün İmam Xomeyninin (r.ə) məqbərəsinə toplaşıblar.

Mərasimdən sonra İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei İmam Xomeyninin (r.ə) vəfatının 35-ci ildönümü münasibətilə çıxış edib.

İslam İnqilabının böyük memarı İmam Xomeyni (r.ə) 1989-cu il iyunun 3-də vəfat edib. 9 milyon insanın iştirak etdiyi dəfn mərasimində onun cənazəsini ancaq vertolyotla Tehranın cənubundakı Qum yolu üzərində yerləşən məzarına aparmaq mümkün olub.

Mərhum İmam Xomeyninin (r.ə) məqbərəsi paytaxt Tehranın cənubunda yerləşir.

captcha